Yuxarı

Qızıl qaçaqmalçılığı: Bakıda vəzifəli şəxs həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızıl qaçaqmalçılığı: Bakıda vəzifəli şəxs həbs olundu

Qızıl qaçaqmalçılığı şəbəkəsinə rəhbərlik edən şəxslərdən biri - gömrük əməkdaşı həbs edilib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən qızıl qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşının qanunsuz əməlləri ifşa olunub.

İstintaq zamanı müəyyən edilib ki, ölkəyə qızılın qanunsuz yollarla gətirilməsi və gömrük nəzarətindən kənar keçirilməsində əsas yardımçılardan biri Xidmətin Vergi Cinayətləri Baş İdarəsinin əməkdaşı Fuad Abdullayev olub.

Toplanmış sübutlar əsasında onun barəsində dünən məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Fuad Abdullayev bundan əvvəl Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük İdarəsində çalışıb. İstintaq versiyasına əsasən, qaçaqmalçılıq fəaliyyətinə də məhz həmin dövrdən etibarən başlanılıb.

Qeyd edək ki, analoji hadisə bir neçə ay əvvəl də qeydə alınmışdı. Həmin vaxt da gömrük orqanlarında çalışan əməkdaşların qızıl qaçaqmalçılığı ilə bağlı məsuliyyətə cəlb edilməsi ictimai rezonans doğurmuşdu.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, şəbəkənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2026.02.19 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla