Yuxarı

İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...

Xəbər verdiyimiz kimi, İsrail və ABŞ İrana 28 fevral səhər saatlarından hücuma başlayıb. Endirilən hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xamenei və çox sayda yüksək vəzifəli rəsmi şəxs, o cümlədən ordu komandanlığından önəmli simalar və siyasətçilər ölüb.

Axar.az xəbər verir ki, İran ətrafında baş verənlərlə bağlı tanınmış ekstrasens Zirəddin Rzayev bir ay öncə proqnozlarını saytımıza açıqlamışdı.

Z.Rzayev “İran üçün yaz, yayın əvvəlləri, həmçinin aprel ayı təhlükəli və uğursuzdur” deyə açıq şəkildə bildirmişdi.

Bu öngörü təxminən bir ay fərqlə özünü doğrultdu. Əslində mart ayı yazın gəlişi olaraq qəbul edilir. Bu baxımdan Zirəddinin “yazın əvvəli” proqnozunda yanlışlığa yol vermədiyini də düşünmək olar.

Z.Rzayev İrandakı mövcud hakimiyyətin 2026-27-ci ildə dəyişəcəyi ehtimalını da irəli sürüb. ABŞ və İsrailin İrana zərbələrində elan etdikləri hədəfi nəzərə alsaq, bu kəhanət də doğrula bilər.

Buna baxmayaraq, ekstrasens Əli Xamenei haqqında “öz xalqı istisna olmaqla, ona qarşı heç bir təhlükə görmürəm” demişdi. Halbuki Xameneinin 28 fevralda İsrail və ABŞ zərbələri nəticəsində öldüyü bildirilir.

Tarix
2026.03.02 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla