Yuxarı

Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...

Əmək qanunvericiliyinə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a bildirilib ki, əmək müqaviləsi olmadan çalışan şəxslərin əmək və gələcək sosial təminat hüquqları yaranmır. İşçi yalnız rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı almaq hüququna malik olur.

Eyni zamanda, iş vaxtından artıq işlədikdə və ya gecə saatlarında işə cəlb edildikdə əlavə əməkhaqqı, sağlam və təhlükəsiz əmək şəraiti, məzuniyyət hüququ, eləcə də sosial sığorta sistemində iştirak və gələcəkdə pensiya hüququnun əldə olunması yalnız əmək müqaviləsi əsasında mümkündür.

Qeyd olunub ki, işçi əmək fəaliyyəti zamanı əmək şəraiti, funksiyası, iş vaxtı, əməkhaqqı və ya digər şərtlərlə razı olmadıqda, onların dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər.

Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.

Tarix
2026.03.05 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla