Yuxarı

Vüsal Nəsirlinin müavinləri işdən çıxarılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüsal Nəsirlinin müavinləri işdən çıxarılıb?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr məsələləri Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir. Hər hansı dəyişiklik və ya qərar yalnız qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bəzi media resurslarında Agentliyin İdarə Heyəti sədrinin iki müavininin də işdən azad edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həyata keçirilir. Bu səbəbdən həmin iddialar reallığı əks etdirmir.

Mətbuat nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq. Qurumun işgüzar nüfuzuna xələl gətirən əsassız məlumatlarla bağlı qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəkdir".

Qeyd edək ki, AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirlidir.

Tarix
2026.03.11 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla