Yuxarı

Birbanklılar üçün üstünlük: ƏDV qəbzini skana gərək yoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbanklılar üçün üstünlük: ƏDV qəbzini skana gərək yoxdur

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi daha rahat oldu.

Belə ki, artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Birbank kartı ilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatik olaraq Birbank-ın “Son əlavə olunan çeklər” bölməsinə əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaq üçün Birbank mobil tətbiqində “ƏDV geri al” bölməsində “Çekləri avtomatik əlavə et” düyməsini aktivləşdirmək yetərlidir.

İlk olaraq yalnız Birbank kartlarında aktiv olan bu yenilik mağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyət göstərən bir çox ictimai iaşə obyektlərində keçərlidir. Yaxın zamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatə etməsi planlaşdırılır.

Ətraflı məlumat üçün: https://birbank.az/edvavtoskan

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.03.12 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Jelka Tsviyanoviçlə görüşdü

Türkiyədə Azərbaycanla bağlı tənqidlərin səbəbi - General

Ermənistanla sülhdən sonra bunun üzərində ürəkdən çalışırıq

İran XİN Müctəba Xameneinin yaralandığını təsdiqlədi - Təcili

Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır

Ermənistanda ev alan azərbaycanlılar... - Rəsmi

Bakıda mühüm forum başladı: Prezident çıxış etdi - Foto

Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq

Sülhdən daha yaxşı heç nə yoxdur - Prezident

ABŞ-ın hücumu: İran hökuməti çökmür...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla