Yuxarı

Avtomobilin ön şüşəsinə kağız bildiriş qoyulması ləğv olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobilin ön şüşəsinə kağız bildiriş qoyulması ləğv olunur

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati qərarların rəsmi təqdim edilməsi artıq SMS bildirişi göndərilən və ya şəxs sənədlərlə elektron qaydada tanış olduğu vaxt hesab ediləcək, avtomobilin ön şüşəsinə kağız bildiriş qoyulması isə ləğv olunur.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Təklif edilən dəyişiklikdə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab ediləcək.

Bundan başqa, qanun layihəsində dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbinin aradan qaldırılması təklif olunur.

Bildirilib ki, bu da sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.

Tarix
2026.03.12 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla