Yuxarı

Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olundu

2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.

Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı Aqşin Bəbirov “Mersedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.

Tərəflərin mübahisəsinin davamında Aqşin Bəbirov “Mersedes”in sürücüsünə dəmir parçası ilə zərbə endirib.

Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.

Xatırladaq ki, Aqşin Bəbirov Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, 2023-cü ilin dekabrında Hüseyn Axundovla birlikdə əsirlikdən xilas edilmişdi.

Tarix
2026.03.12 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla