Yuxarı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

Mobil operator “Nar” ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərə başladı. “Nar”ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçirilən təlimlər seriyası, ilk olaraq, Azərbaycan Texniki Universitetində (AzTU) start götürdü.

“Nar”ın İnsan qaynaqları departamentinin peşəkar heyəti tərəfindən hazırlanan təlim proqramı texniki ixtisaslar üzrə təhsil alan tələbələrə rabitə sahəsi üzrə karyera perspektivləri, işə qəbul prosesi, real iş həyatında tələb olunan bacarıqlar barədə bilikləri əhatə edir. Semestr ərzində iki mərhələdə keçiriləcək təlim ümumilikdə 40 iştirakçını əhatə edir.

Təlimdən öncə “Nar”ın baş icraçı direktoru Özgür Genc tələbələrlə görüşdü. Özgür Genc müasir dünyada texniki ixtisasların aparıcı rolunu vurğulayaraq hazırda bu sahənin peşəkarlarına hər zaman olduğundan daha artıq ehtiyac olduğunu bildirdi.

Qeyd edək ki, “Nar” Azərbaycanın rabitə bazarına peşəkar kadrların hazırlanması məqsədilə, paytaxt və regionlarda fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq edir və bu çərçivədə universitetin tələbələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı layihələr həyata keçirir.

Mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.03.12 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla