Yuxarı

"Azercell"in dəstəyi ilə “FutureFem 2.0”-a start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in dəstəyi ilə “FutureFem 2.0”-a start verildi

"Azercell"in dəstəyi ilə həyata keçirilən “FutureFem 2.0 - Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib.

Layihə "Azercell"in qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş “Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. “FutureFem 2.0” layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.

Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart-may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.

Layihənin sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.

Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır.

Tarix
2026.03.12 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla