Yuxarı

ABB-dən “Fayda Max Abunəlik” proqramı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən “Fayda Max Abunəlik” proqramı

Müştərilər üçün davamlı üstünlüklər yaradan ABB daha bir maraqlı yeniliyini təqdim edib.

Bu, “Fayda Max Abunəlik” proqramıdır. Bu yenilik ABB mobile istifadəçilərinə “Fayda Max” proqramının “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinə aylıq abunə olmaq imkanı yaradır. Belə ki, müştəri Fayda Max üzrə 1 aylıq tapşırıqları tamamlamağa başlayıb hər hansı mərhələyə çatır, abunə olmaq istədiyi mərhələ ilə mövcud mərhələ arasındakı qiymət fərqi qədər ödəniş edib istədiyi mərhələyə abunəlik qazanır.

Məsələn, əgər müştəri hələlik yalnız “Gümüş” mərhələyə çatıbsa, amma “Qızıl” mərhələ istəyirsə, yalnız fərq qədər — 12 AZN (19 - 7 = 12) ödəniş edib “Qızıl” mərhələyə abunə olur.

Müştəri tapşırıqları tamamlayaraq “Qızıl” mərhələyə çatıb lakin daha aşağı mərhələyə abunə olmaq istədikdə isə həmin ay üçün heç bir ödəniş tutulmur.

Abunəlik modeli seçilən mərhələ üzrə 1 aylıq aktivlik təmin edir və ödəniş olunan andan etibarən cari ayın sonuna qədər istifadə imkanı verir. Abunəlik hər ay avtomatik yenilənir.

Bu, ölkəmizdə mobil bankçılıqda tətbiq olunan ilk abunə əsaslı loyallıq sistemidir.

Aylıq ödənişlə dərhal mükafat və üstünlüklərə çıxış, tapşırıqlar vasitəsilə mərhələyə çatdıqda endirimli abunə haqqı, müştərinin seçiminə uyğun 3 fərqli paketin (“Bürünc” – 3 AZN, “Gümüş” – 7 AZN, “Qızıl” – 19 AZN) olması bunun üstünlükləridir. Abunəliyin avtomatik yenilənməsi – istifadəçi rahatlığına xidmət edir.

Fayda Max ABB mobile tətbiqinin bütün istifadəçiləri üçün yaradılmış loyallıq proqramıdır. Müştəri Fayda Max-a qoşulub mərhələlərin hər hansı birini tamamladığı halda, ona növbəti ay tamamladığı ən son mərhələyə uyğun mükafatlar təqdim olunur. Proqram haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.03.12 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla