Yuxarı

Azərbaycan Texniki Universiteti mühüm uğura imza atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Texniki Universiteti mühüm uğura imza atdı

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.

Axar.az xəbər verir k, AzTU ilk dəfə olaraq “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən reytinqdə yer almış dünyada 2000 nüfuzlu universitet arasında Kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) sahəsində 701–750-ci yerlərdə qərarlaşması yüksək nəticə hesab edilir.

AzTU-nun bu uğura məhz qlobal miqyasda ən yüksək rəqabətə malik Kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə nail olması beynəlxalq səviyyəfdə əldə olunan uğurun əhəmiyyətini xüsusi olaraq artırır.

Qeyd olunan nailiyyət AzTU-da kibertəhlükəsizlik, informasiya texnologiyaları və kompüter elmləri, süni intellekt istiqamətində həyata keçirilən sistemli elmi-tədqiqat fəaliyyətinin, tədris prosesinin müasirləşdirilməsi istiqamətində görülən işlərin və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının məntiqi nəticəsi kimi qiymətləndirilir.

“QS World University Rankings by Subject” üzrə reytinqlər akademik reputasiya, işəgötürənlərin rəyləri, elmi istinadların sayı və h-indeksi kimi əsas göstəricilər əsasında formalaşdırılır. AzTU-nun bu reytinqdə yer alması universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artdığını və rəqabət qabiliyyətinin yüksəldiyini təsdiq edir.

AzTU-da prioritet istiqamətlər üzrə — süni intellekt, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi və böyük verilənlərin analitikası sahələrində kadr hazırlığının gücləndirilməsi, elmi-tədqiqatların genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Beynəlxalq səviyyədə əldə olunan bu nəticə AzTU-nun strateji inkişafının düzgün müəyyənləşdirildiyini göstərməklə yanaşı, beynəlxalq akademik mühitdə mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha nümayiş etdirir.

Tarix
2026.03.26 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla