Yuxarı

Pənahov keçmiş arvadına bu qızılları qaytaracaq - Qiymətləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pənahov keçmiş arvadına bu qızılları qaytaracaq - Qiymətləri

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Məhəmməd Pənahovun isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə isə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə qaytarılacaq 300 min manatlıq əmlakların siyahısı bəlli olub.

Söhbət 17 adda qızıl-zinət əşyasından, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsərindən, ümumi dəyəri 60.000 manat olan iki çamadan şəxsi əşyalardan, 40 adda cehiz əşyasından, 10.000 manat puldan, 40 adda şəxsi geyim əşyalarıdan, 9 adda ziyafət paltarlarından gedir.

Onlardan bir neçəsini təqdim edirik:

1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar – 150.000 AZN;

2) Brilyant tək qaş üzük – 50.000 AZN;

3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40.000 AZN;

4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11.000 AZN;

5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7.000 AZN;

6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20.000 AZN;

7) brilyant üzük – 1.500 AZN;

8) Brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0,5 karatlı 10 brilyant daşla – 1.500 AZN;

9) Ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

11) Qızıl qolbaq xırda brilyantlarla – 1.500 AZN;

12) Sadə qızıl qolbaq – 700 AZN;

13) Qızıl üzük kiçik brilyantla - 550 AZN;

14) Rado İsveçrə saat – 4.400 AZN;

15) Tissot saat – 3000 AZN;

16) Versace Hellenyium saat - 2266 AZN;

17) Svarovski saat - 824 AZN;

Qeyd edək ki, H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-ın Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı.

Tarix
2026.03.31 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla