Yuxarı

Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...

İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub, təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ilkin tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək.

Qeyd edilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunmuşdur.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirir ki, ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələrindən olan qala divarlarının qorunması prioritet vəzifədir. Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib. Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir.

Diqqətə çatdırılıb ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməmişdir. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir.

Vurğulanıb ki, prosesin gedişatı barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək.

Tarix
2026.04.11 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla