Yuxarı

Klaus Müller vəzifəsindən ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klaus Müller vəzifəsindən ayrıldı

“Bakcell” şirkətinin baş icraçı direktoru Klaus Müller 14 aprel 2026-cı il tarixində tutduğu vəzifədən ayrılıb.

Axar.az xəbər verir ki, telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.

Klaus Müllerin rəhbərliyi dövründə “Bakcell” strateji inkişaf mərhələsinə daxil olub, süni intellekt əsaslı həllərin tətbiqi genişlənib, innovativ məhsul və xidmətlər təqdim edilib, şirkətin rebrendinqi həyata keçirilib, xidmət portfeli genişləndirilib və abunəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

“Üç ildən artıq müddət ərzində komanda ilə birlikdə xüsusilə süni intellekt əsaslı xidmətlərin inkişafı istiqamətində önəmli nəticələr əldə etdik. Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə abunəçilərimizə yeni məhsul və imkanlar təqdim etdik. Bakcell komandasının hər biz üzvünə göstərdikləri peşəkarlıq və əməkdaşlığa görə təşəkkür edirəm. Əminəm ki, “Bakcell” Azerconnect Group-un innovasiya ekosisteminin bir hissəsi kimi gələcəkdə də öz uğurlu inkişafını davam etdirəcək”, - deyə Klaus Müller qeyd edib.

“Bakcell” Klaus Müllerə şirkətin strateji inkişafına və əldə etdiyi nailiyyətlərə verdiyi töhfəyə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır.

Tarix
2026.04.14 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla