Yuxarı

Bu rayonlarda ağaclar kəsildi: 133 minlik ziyan dəydi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlarda ağaclar kəsildi: 133 minlik ziyan dəydi...

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Axar.az xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonu Qazmalar kəndi ərazisində, Qax rayonu Tasmalı kəndi yaxınlığında, Oğuz rayonu Filfilli kəndi ərazisində və Oğuz rayonu Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix
2026.04.17 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla