Yuxarı

İsmayıllıda lotereyadan 100 000 manat uduldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayıllıda lotereyadan 100 000 manat uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın təşkil etdiyi “Super Keno” tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.

Qalibə 2, 12, 23, 32, 34, 43, 50, 54, 63, 69 rəqəmləri uğur gətirib. Uduş xəbərini aldıqdan sonra böyük sevinc yaşadığını bildirən İzzət Ağa bu anın onun üçün unudulmaz olduğunu qeyd edib. O, sevincini ilk olaraq ailəsi ilə bölüşüb. Şanslı qalib qazandığı məbləğlə evinin tikintisini tamamlamağı və həyat yoldaşının avtomobil arzusunu yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, “Super Keno” lotereyasında ən böyük uduş 1 000 000 manatdır. Belə ki, 70 rəqəm arasından sevdiyiniz 10 rəqəmi seçərək həyatınızı dəyişəcək böyük uduşu qazanmaq şansına nail ola bilərsiniz.

Həftənin hər günü saat 19:45-də keçirilən “Super Keno” lotereyası “Xəzər” TV, eləcə də “Azərlotereya”nın “Youtube” və “Telegram” kanallarında canlı yayımlanır. Biletləri “Azərlotereya” satış nöqtələri, “Azərpoçt” şöbələri, “Misli” məntəqələri, OBA marketlərindən, eləcə də Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər.

Tarix
2026.04.23 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla