Yuxarı

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə “Bir kitab, min dünya” layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.

Layihənin əsas məqsədi oxu mədəniyyətinin təşviqi, əməkdaşlar arasında mütaliə vərdişlərinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili və ədəbiyyata marağın artırılmasıdır.

Tədbirlər sırasında Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş və imza günü xüsusi yer tutub. Baş ofisdə təşkil olunan görüşdə tanınmış yazıçı şirkətin rəhbər heyəti və əməkdaşlarla bir araya gələrək ədəbiyyat, yaradıcılıq prosesi və müasir oxu vərdişləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüş zamanı iştirakçıların sualları yazıçı tərəfindən ətraflı cavablandırılıb, sonda isə müəllifin kitablarının imzalanması mərasimi keçirilib.

Bununla yanaşı, baş ofisdə “Bir kitab, min dünya” adlı kitab sərgi-satışı da təşkil olunub. Sərgidə əməkdaşlara şəxsi inkişaf və biznes mövzulu nəşrlər, bestsellerlər, klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatı nümunələri təqdim edilib.

Eyni zamanda şirkət daxilində “Kitabsevərlər” adlı kitab klubu yaradılıb. Klubun məqsədi kitab oxumağı sevən əməkdaşları bir araya gətirmək, müxtəlif əsərlər ətrafında müzakirələr aparmaq və bilik mübadiləsini təşviq etməkdir. Klub çərçivəsində master-klasslar, müxtəlif janrlarda kitabların birgə oxunması, müzakirə görüşləri, tövsiyə və fikir mübadiləsi sessiyaları təşkil olunacaq.

Tarix
2026.04.23 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla