Yuxarı

WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.

Axar.az xəbər verir ki, festival proqramı iki hissədən ibarət olacaq.

Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Axşam saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.

Festivalın açılışı 28 aprel tarixində Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında baş tutacaq. Daha sonra tədbirlər 29 aprel tarixində Sumqayıt şəhərinin Göyərçin Parkında, 30 aprel tarixində Quba şəhərinin Nizami Parkında, 2 may tarixində Lənkəran şəhərinin Qala Xiyabanı Parkında, 4 may tarixində Qəbələ şəhərinin Heydər Əliyev Parkında, 5 may tarixində Şəki şəhərinin Bəxtiyar Vahabzadə Parkında, 6 may tarixində Mingəçevir şəhərinin Heydər Əliyev Meydanında, 8 may tarixində Gəncə şəhərinin Heydər Əliyev adına meydanında keçiriləcək və 10 may tarixində Xankəndi şəhərinin Zəfər meydanında, 12 may tarixində Sumqayıtda və 13 may tarixində Bakıda keçiriləcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir və iştirak etmək istəyən bütün şəxslər dəvət olunurlar.

Tarix
2026.04.27 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla