Yuxarı

FHN daha bir təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN daha bir təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında birgə təlim keçirib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlimə FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlimin keçirilməsində məqsəd Penitensiar xidmətin əməkdaşlarına bu kimi obyektlərdə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra müəssisə əməkdaşları tərəfindən “yanğına ilkin müdaxilə edilib”, yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.

Tarix
2026.10.14 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla