Yuxarı

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto

Yardımlı–Deman avtomobil yolunun Avaş kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, çaysahili ərazidən keçən yolun asfalt qatının alt hissəsi eroziyaya uğrayaraq boşalıb. Nəticədə yolun bir hərəkət zolağında sürücülər üçün ciddi risk yaranıb.

Sürücülərin sözlərinə görə, ərazini tanımayan şəxslər həmin hissədən ehtiyatsız keçərsə, qəza qaçılmaz ola bilər.

Yolun alt hissəsi tamamilə boşalıb, torpaq kütləsi isə çayın axını ilə yuyularaq çökmə təhlükəsini yaxınlaşdırır.

Təhlükəli hissəyə yalnız kiçik daş parçaları qoyulub. Lakin axşam saatlarında sürücülər bu xəbərdarlığı görməkdə çətinlik çəkirlər.

Sakinlər bildirirlər ki, yolun həmin hissəsi qısa zamanda yenidən qurulmalıdır. Əks halda yolun tamamilə dağılması bu istiqamətdə yerləşən kəndlərin nəqliyyat əlaqəsində ciddi çətinliklər yarada bilər.

Tarix
2026.04.27 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

MHP-dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla