Yuxarı

HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Şahin Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA 2026" müdafiə və aerokosmik sərgisində iştirak edib.

Axar.az Report-a istinadla xəbər verir ki, o, Azərbaycan nümayəndə heyəti ilə birlikdə müxtəlif stendləri ziyarət edərək yeni texnologiyalar barədə məlumat alıb.

Ş.Məmmədov sərgidə nümayiş etdirilən müasir hərbi dəniz sistemləri və müdafiə sənayesi məhsulları ilə yaxından tanış olub.

HDQ komandanı sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə də görüşüb. Görüşdə Azərbaycan müdafiə sənayesinin inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlıq imkanları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Onlar, həmçinin müasir hərbi texnologiyaların tətbiqi və dəniz qüvvələrinin potensialının gücləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Tarix
2026.05.05 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla