Yuxarı

Taksilərdə "Bakı Kart"la ödəniş etmək mümkün olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksilərdə "Bakı Kart"la ödəniş etmək mümkün olacaq?

Prezident İlham Əliyev Bakı Metropoliteni QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Bakı Metropoliteni Bakı Bus və Bakı Taksi Xidməti MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilir.

Maraqlıdır, bəs görəsən, taksi xidmətində ödənişləri "Bakı Kart" ilə etmək mümkün olacaq?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən Oxu.az-a bildirilib ki, proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib:

“Bakı Bus MMC və Bakı Taksi Xidməti MMC-nin Bakı Metropoliteni QSC-yə qoşulması ilə baş vermiş müvafiq yenilik şəhərdaxili ictimai nəqliyyatda vahid idarəetmə modelinə keçidin tərkib hissəsidir. Proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib.

Hazırkı mərhələdə əsas məqsəd müxtəlif nəqliyyat növlərinin vahid sistem daxilində daha səmərəli və koordinasiyalı idarə olunmasını təmin etməkdir. Gələcəkdə bu baxımdan sərnişinlər üçün ödəniş mexanizmlərinin daha rahat, çevik və rəqəmsal həllər əsasında inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar nəzərdən keçirilə bilər. Bununla belə, hər hansı yeni modelin tətbiqi ilə bağlı qərarlar yalnız texniki, əməliyyat və iqtisadi qiymətləndirmələrdən sonra veriləcək.

Bakıda metro və avtobus sistemində tətbiq olunan "Bakı Kart" modeli artıq multimodal ödəniş infrastrukturunun formalaşmasına imkan yaradıb. Beynəlxalq təcrübədə də vahid ödəniş sistemlərindən sərnişin rahatlığının artırılması üçün geniş istifadə olunur. Dünyanın bir sıra şəhərlərində sərnişinlər metro, avtobus və taksi xidmətlərindən eyni tətbiq, vahid balans və ya ümumi nəqliyyat kartı vasitəsilə istifadə edə bilirlər.

Müasir beynəlxalq təcrübədə metro və taksi xidmətlərinin inteqrasiyası üzrə müxtəlif yanaşmalar tətbiq edilir. Bir sıra şəhərlərdə metro çıxışlarında xüsusi taksi zonaları yaradılır, sərnişinlərin mənzilbaşına hərəkətini təmin edən digər xidmətlərdən istifadə edilir.

Əsas məqsəd sərnişinlər üçün ödəniş və hərəkət prosesini daha sürətli, rahat və şəffaf təşkil etməkdir. Prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və gələcəkdə tətbiq oluna biləcək yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Tarix
2026.05.13 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla