Yuxarı

WUF13-ün vizual hekayəsi… - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13-ün vizual hekayəsi… - Video

WUF13-ün rəsmi loqosunun videosu yayımlanıb.

Axar.az xəbər verir ki, videoda loqo yalnız bir qrafik simvol deyil, Azərbaycanın tarixini, mədəniyyətini və Bakının müasir şəhər ruhunu bir araya gətirən vizual hekayə kimi təqdim olunur.

Loqonun əsas elementləri Azərbaycanın memarlıq ənənələrindən ilhamlanaraq hazırlanıb.

Videoda Azərbaycanın qədim memarlıq ənənələrində geniş istifadə olunan incə şəbəkə naxışları, Xəzər dənizinin dalğaları, Bakının külək ritmini əks etdirən elementlər, eləcə də, Qız Qalasının qədim silueti və Alov Qüllələrinin müasir görüntüsü öz əksini tapıb.

Vizual üslubda Azərbaycanın tarixi irsi və Bakının çağdaş şəhər ruhu vahid kompozisiyada birləşdirilib.

Hazırlanan dizayn şəhərin keçmişi, bu günü və gələcəyi arasındakı əlaqəni simvolizə edir və Bakının həm tarixi, həm də innovativ simasını ön plana çıxarır.

Tarix
2026.05.14 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla