Yuxarı

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Dəniz mənzərəli mənzillərə yüksək maraq bəzi hallarda alıcılar üçün maliyyə riskinə çevrilir.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, dənizə açılan mənzərəsi olan mənzillər adi mənzillərlə müqayisədə daha baha satılır. Ancaq sonradan həmin ərazidə yeni bina inşa edilərsə və mənzərə bağlanarsa, mənzilin bazar dəyərində ciddi azalma baş verə bilər.

Bəs vətəndaşlar bu hallarda nəyə diqqət etməlidirlər?

Əmlak eksperti Firdovsi Xəlilov qeyd edib ki, bəzi ərazilərdə belə risk daha çoxdur və bu, həm ərazinin relyefi, həm də tikilən binaların mərtəbə sayı ilə bağlıdır.

"Xüsusilə sahilə yaxın və intensiv tikinti aparılan ərazilərdə dəniz mənzərəsinin gələcəkdə bağlanması riski kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, alıcılar mənzil seçərkən təkcə mövcud mənzərəyə deyil, həmin ərazi üzrə gələcək tikinti planlarına da diqqət yetirməlidirlər".

Ekspert bildirib ki, bəzi hallarda vətəndaşlar yüksək məbləğ ödəyərək dəniz mənzərəli ev alırlar, lakin bir neçə il sonra yaxınlıqda inşa olunan hündürmərtəbəli bina həmin görüntünü tamamilə bağlayır və nəticədə mənzilin bazar qiyməti aşağı düşür.

Vəkil Tural Şahbazov isə deyib ki, məsələ hüquqi baxımdan əsasən müqavilə ilə tənzimlənir.

Onun sözlərinə görə, əgər alqı-satqı sənədində "dəniz mənzərəsi" ayrıca qeyd olunubsa, gələcəkdə həmin üstünlük aradan qalxdıqda alıcı məhkəmə yolu ilə kompensasiya tələb edə bilər.

Mütəxəssislər vətəndaşlara mənzərə üçün əlavə ödəniş etdikləri halda bunun müqavilədə xüsusi bənd kimi göstərilməsini tövsiyə edirlər.

Tarix
2026.05.14 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla