Yuxarı

SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir

SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir.

Axar.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

"Məsələn, SAT imtahanında – hansı ki ingilis dilindədir və orada riyaziyyatdan maksimum 800 bal toplamaq olar - oxu və yazı ilə birlikdə ümumi bal 1600-dür, ancaq 1500-dən yuxarı nəticə göstərən şəxs bizim buraxılış imtahanında təxminən 20-30 bal nəticə göstərir. Bu isə mümkün deyil. Çünki SAT-da olan riyaziyyat daha mürəkkəbdir və bu nəticə fərqi normal görünmür. Ona görə də biz SAT imtahanları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ciddi narazılığımızı bildirmişdik. Azərbaycanda yalnız bir universitet SAT imtahanı nəticəsi ilə tələbə qəbul edir. Onlar da artıq bu ildən şərt qoyublar ki, SAT-dan müəyyən balla yanaşı, bizim buraxılış imtahanında riyaziyyatdan ən azı 40 bal toplamalıdırlar. Məncə, bu, daha yaxşı qərardır və doğrudan da SAT-ı özü verənlər layiq olduqları yerləri tutacaqlar. Çünki təəssüf ki, əvvəlki illərdə gördük ki, hardasa kimlərsə kimlərin yerinə imtahanda iştirak edib, ya da müxtəlif yollarla nəticə əldə ediblər", - DİM sədri bildirib.

Tarix
2026.05.14 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla