Yuxarı

“Kristal” və REA arasında memorandum imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kristal” və REA arasında memorandum imzalandı

Tikinti sektorunda etibarı və keyfiyyəti ilə seçilən "Kristal" və peşəkar daşınmaz əmlak həlləri təqdim edən "REA" Daşınmaz Əmlak Agentliyi əməkdaşlığa imza atıb.

Axar.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində "REA", "Kristal"ın tikintisi və təhvili tamamlanmış layihələrindəki mənzil və kommersiya obyektlərinin satışı və icarəsi istiqamətlərində xidmət göstərəcək. Bu, hər iki tərəfin müştərilərinə daha geniş seçim imkanı yaradır.

"Kristal"ın Bakı, Sumqayıt və Xırdalanda yerləşən genişmiqyaslı layihələrindəki mənzillər və müxtəlif təyinatlı kommersiya obyektləri strateji yerləşmə, inkişaf etmiş infrastruktur və gəlirli investisiya potensialı ilə seçilir.

Layihələrdəki kommersiya obyektləri müasir infrastruktur, əlverişli yerləşmə və yüksək inkişaf perspektivi ilə həm bugünkü biznes ehtiyaclarına, həm də gələcəyin uğurlu investisiya planlarına cavab verir. Strateji yerləşmə, intensiv piyada və nəqliyyat axını, müxtəlif kvadratura və plan seçimləri, geniş vitraj şüşələr isə həm görünürlüyü, həm də funksionallığı artıraraq satış, xidmət və xüsusi konseptli fəaliyyət növləri üçün əlavə üstünlüklər yaradır.

Bu əməkdaşlıq eyni zamanda "Kristal" sakinləri üçün əlavə imkanlar yaradır. Mənzilini satmaq və ya kirayəyə vermək istəyən sakinlər, habelə qeyri-yaşayış obyektinin sahibi olan investorlar "REA" vasitəsilə bu prosesi rəsmi və etibarlı şəkildə həyata keçirə biləcəklər. Bundan əlavə, "Kristal"ın təhvili tamamlanmış yaşayış komplekslərində mənzil və ya obyekt axtaranlar artıq həm "Kristal"a, həm də "REA"ya müraciət edə biləcəklər.

"REA" bu əməkdaşlıq çərçivəsində müştərilərə seçimdən sənədləşməyə qədər kompleks məsləhət xidməti təqdim edəcək.

Ətraflı: *1544

kristal.az

Tarix
2026.05.14 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla