Yuxarı

Bakıda qədimliklə müasirliyin harmoniyası aydın görünür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qədimliklə müasirliyin harmoniyası aydın görünür

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının daha bir mühüm göstəricisi kimi diqqət çəkir. COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 həm iştirakçı sayına, həm də müzakirə olunan məsələlərin əhatə dairəsinə görə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı rekord sayda iştirakçının Bakıya gəlməsini vurğulayaraq, Azərbaycanın artıq beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini bir daha diqqətə çatdırdı.

Axar.az xəbər verir ki, bunları mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi heç də təsadüfi seçim deyil:

“Son illərdə Azərbaycanın şəhərsalma siyasətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Paytaxt Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür. Tarixi İçərişəhərin qorunması ilə yanaşı, şəhərin müasir memarlıq layihələri əsasında inkişaf etdirilməsi Azərbaycanın milli irsə münasibətinin göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, bu yanaşma ulu babalarımızdan gələn memarlıq ənənələrinin müasir baxışla birləşdirilməsinin nəticəsidir. Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasətinin beynəlxalq auditoriyaya təqdim olunması da xüsusi əhəmiyyət daşıyır. UN-Habitat ilə birgə keçirilmiş Milli Şəhərsalma forumları, Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş tədbirlər Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq modelinin mühüm elementidir. Uzun illər işğal nəticəsində dağıdılmış şəhərlərin müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, həm də milli yaddaşın və tarixi kimliyin bərpasıdır.

Bu gün Azərbaycan şəhərsalma sahəsində yalnız region üçün deyil, daha geniş coğrafiya üçün nümunəvi təcrübə formalaşdırır. “Ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının Qarabağ və Şərqi Zəngəzurda tətbiqi ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir. Prezident İlham Əliyevin çıxışında növbəti nəsillər qarşısında məsuliyyət məsələsinə toxunması da təsadüfi deyildi. Tarixi və memarlıq irsinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də şəhərsalma və mədəni irsin qorunması sahəsində qlobal platformalarda söz sahibi olan ölkəyə çevrilir. WUF13 isə bu reallığın beynəlxalq miqyasda təsdiqi kimi qiymətləndirilə bilər”.

Tarix
2026.05.19 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla