Yuxarı

Səlim Müslümovun 700 minlik mənzili hərraca çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümovun 700 minlik mənzili hərraca çıxarılır

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri yenidən hərraca çıxarılır.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 16-da keçiriləcək hərracda satışa təqdim olunacaq.

Hərrac elanına əsasən, söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən daşınmaz əmlakdan gedir.

Sahəsi 370.4 kvadratmetr olan mənzilin start qiyməti 694 687.5 manat, beh məbləği isə 69 468.8 manat müəyyən edilib.

Elanda qeyd olunur ki, mənzil alıcı tapılmadığı üçün 4-cü dəfə 25 faiz endirimli qiymətlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, Səlim Müslümovun cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlaklar arasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən mənzillər, qeyri-yaşayış sahələri və torpaq sahələri də var. Məhkəmə prosesində açıqlanan siyahıda Yasamal rayonundakı bu mənzil də yer almışdı.

Tarix
2026.05.23 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla