Yuxarı

Bakıda velosipedçi maşının altında qaldı - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda velosipedçi maşının altında qaldı - Anbaan video

Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Bu cür nəqliyyat vasitələrindən istifadə zamanı isə qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur. Onlar əks istiqamətdə hərəkət etməməli, svetoforun qadağanedici siqnalı yandıqda dayanmalıdırlar. Piyada keçidlərində isə yolu keçərkən nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət etməlidirlər.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzinin velosiped və skuter idarə edənlərə müraciətində bildirilib.

"Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.

Velosipedlərin yol çiyni ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda onun yanındakı yolla hərəkət etmək də qanunla qadağandır. Həmçinin yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Təhlükəsizliyin əsas şərti məsuliyyətdir. Yollarda qaydalara uyğun hərəkət etmək, məsələyə məsuliyyətlə yanaşmaq hər kəsin təhlükəsizliyi üçün vacibdir", - müraciətdə qeyd olunub.

Tarix
2026.05.29 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla