Yuxarı

San-Pauloda göydələn bayrağımızın rənglərində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
San-Pauloda göydələn bayrağımızın rənglərində... - Foto

Braziliyanın San-Paulo şəhərində Azərbaycan bayrağının rəngləri fonunda işıq proyeksiyası və vizual nümayiş təqdim olunub.

Axar.az xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüs və dəstəyi ilə baş tutan bu layihə San-Paulo ştatının eyniadlı paytaxtının müasirlik və tarixiliyi özündə birləşdirən iki əsas məntəqəsində fərqli tərtibatlarla həyata keçirilib.

Şəhərin ən qaynar və izdihamlı mərkəzi olan Paulista prospektindəki məşhur FIESP göydələnləri üzərində Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, eləcə də milli mətbəximizi və füsunkar təbiətimizi əks etdirən video süjet göstərilib, portuqal dilində “28 - May: Azərbaycanın Müstəqillik Günü” yazılmış hərəkət edən sətirlərin müşayiəti ilə üçrəngli bayrağımızın işıq proeksiyası nümayiş etdirilib. FIESP göydələnləri 130 min şirkət və 131 assosiasiyanı özündə birləşdirməklə 2.5 trilyon ABŞ dolları məbləğində hesablanan Braziliya ÜDM-də təqribən 23 faiz payla iştirak edir.

Azərbaycanın Müstəqillik Günü bayramı ilə bağlı digər tədbir isə San-Paulo Şəhəri İcra Hakimiyyəti Şurasının iştirakı ilə ərsəyə gəlib. Belə ki, şəhərin tanınmış müasir memarlıq-mədəniyyət abidələrindən olan “Oktavio Frias De Oliveyra” asma körpüsü və “Mario de Andrade” kitabxanası 28 mayda axşamdan başlayaraq sübh çağına qədər Azərbaycan bayraqlarının rənglərinə bürünüb.

Azərbaycanın müstəqillik günü ilk dəfədir ki, təkcə Braziliya deyil, geniş Latın Amerikası regionunun ən böyük metropolisi, aparıcı biznes və maliyyə mərkəzi hesab olunan San- Pauloda belə vizual-rəqəmsal tərtibatlarla qeyd olunur.

Bundan əvvəl isə silsilə tədbirlərin ilk hissəsi kimi, paytaxt Braziliada səfirliyin dəstəyi ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın Braziliyanın Milli Teatrında konserti təşkil olunub.

Tarix
2026.05.29 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla