Axar.az
Yuxarı

Məktəbli qız Şahbaz Xuduoğludan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazar Sevinc el Sevərin qızları "Qanun" nəşriyyatının üzləşdiyi durum ilə bağlı vergi məmurlarına açıq məktub yazıb.


"Axar.az"a göndrilən həmin məktubda deyilir:



"Salam, əziz vergiyığan əmilər!



Mən anamdan eşitdim ki, oxuduğum kitabları çıxaran "Qanun" nəşriyyatını bağlamaq istəyirsiniz.



Qanun nəşriyyatı maraqlı kitablar çıxarırdı, anamız alırdı, oxuyurduq. Bizim ölkədə başqa nəşriyyatlar da var, uşaqlara kitab çıxarırlar. Amma bu nəşriyyatlar azdı, qoyun onlar çoxalsın, azalmasın. Mən bir neçə dəfə anamla Qanuna getmişəm. Orda Şahbaz əmini görmüşəm. O bizi həmişə gülərüzlə qarşılayıb. Üzümüzdən öpüb. Kitabları bizə öz əlləriylə verib. Anam qorxurdu ki, biz oraları dağıdarıq. Şahbaz əmi deyirdi, dəymə, qoy dağıtsınlar. Uşaqlar təki kitablara oyuncaqlara cumduqları kimi cumsunlar. Anam da dəcəllik elədiyimizə görə bir söz demirdi. Mən orda özümə ağıllı oğlanların və qızların ensiklopediyalarını, Hans Xristian Andersonun nağıllarını, Antuan de sent Ekzüperinin "Balaca şahzadə" kitabını, "Dəniz səyyahı Sindibad"ın nağılını seçdim. Bacıma və qardaşıma rəngləmə albomları, Azərbaycan nağılları aldıq. Biz çox sevindik. Pulu ödəyəndə anamın pulu çatmırdı. Şahbaz bəy bütün kitabları bizə ucuz qiymətə verdi. Yoxsa, anam kitablardan bəzilərini alıb yerinə qaytarmaq istəyirdi. Biz isə bunu heç istəmirdik.

Biz çoxlu kitab mağazalarına getmişik. Amma heç yerdə Şahbaz əmi kimi bizi əzizləməyiblər. Heç yerdə kitabları bizə ucuz satmayıblar. Bu qədər çoxlu kitab ala bilməmişik. Mən böyüyəndə alim olmaq istəyirəm. Ona görə də ağıllı oğlanların və qızların ensiklopediyaları hamısından maraqlı gəlir mənə. Anamdan hər gün istəyirəm ki, başqalarını da alsın. Məndə heyvanlar, həşəratlar, maşınlar haqqında olan kitablar var. Mən çiçəklər, otlar, ağaclar, günəş və ay haqqında kitablar da istəyirəm. Anam elə deyir ki, gözlə çıxaraqcaqlar. Amma siz "Qanun"u bağlasanız, mən o kitabları oxuya bilməyəcəyəm. Mən kitab oxuyanda sanki özümü kitabın içində hiss edirəm. Oxuduğum kitabları sinif yoldaşlarıma aparıram oxusunlar. Elə uşaqlar var valideynləri onlara kitab almır. Əlimdə olan bütün kitabları demək olar, oxuyub qurtarmışam. Bacıma da oxumuşam, o, hələ oxumağı bilmir. Mən yeni-yeni kitablar istəyirəm. Mən hər dəfə məktəbə təzə kitab aparanda hamı başıma yığılır və kitabla maraqlanır. Mən Mauqli, Sindibadın macəraları, Karlson və damdabacadan bəhs edən cizgi filmlərinə baxanda onları oxuduğum kitablarla müqayisə edirəm. Mən cizgi qəhrəmanlarını əvvəlcə kitablardan tanımaq istəyirəm. Çünki kitablar daha gözəl başa salır. Kitablar daha geniş başa salır.

Müəlliməmiz deyir ki, ulu öndərimiz Heydər Əliyev belə demişdir: "Təhsil millətin gələcəyidir"... Qanun Nəşriyyatı uşaqlar üçün buraxdığı bu kitablarla həm də uşaqların yaxşı təhsil almağına kömək eləyir. Sinifdənxaric oxu dərslərində bu kitablar bizim çox gərəyimiz olur. Vergi yığan əmilər, inanıram məktubu oxuyub mənə hirslənməyəcəksiniz, inanıram ki, siz çox xeyirxah əmilərsiniz.

İmza: Balaca Nilufər, Nərmin... Bacım da qoşulur mənə, ona görə onun da adını qoyuram məktubumun axırında.

Tarix
2014.03.07 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Maskasız gəzmək və toy etmək qadağan olunur?

İnstaqram istifadəçiləri üçün xoş xəbər

DİN-dən əşyalarını çölə atan qadınla bağlı açıqlama - Foto

“Azərpambıq“ MMC-nin müəssisə rəhbəri vəfat etdi

Sərnişin avtobusunda ölüm təhlükəsi... - Video

Nərmin Quliyevanın qətli: əmisi dindirildi

Yas mərasimləri və qadağalarla bağlı açıqlama

Bakıda bu kafe və restoranlar cərimələndi

Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı

Millət vəkilinə Özbəkistanda professor adı verildi - Video

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla