Yuxarı

İsfəndiyar qazini 25000 manat cərimə edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsfəndiyar qazini 25000 manat cərimə edib?

Şərur MTK ödənişi iki gün gecikdirən şəxsi 20 min manat cərimələyib.

Axar.az xəbər verir ki, bu barədə keçmiş hərbçi Amil Əbilov sosial şəbəkə hesabında qeyd edib.

“Zabit tanışımız zəng edib, Şərur MTK-dan ilkin ödənişi 9500 manata olan ev aldığını bildirdi. Lakin 2 gün gecikməyə görə Şərur MTK həmin şəxsi 20000 manat cərimə etmişdi. Gedib MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüşüb məsələni həll etməyə çalışdıq. İsfəndiyar bəy bizi xoş qarşıladı. Daha sonra sənədləri alıb, qeydlər apardı və cəriməni sildiyini dedi. Ancaq biz mühasibata yaxınlaşıb, cərimənin silindiyini və ödənişi etmək istədiyimizi bildirəndə, xanım 20 000 manat cərimənin silinərək, 25 000 manat yazıldığını qeyd etdi”, - Əbilov bildirib.

Şərur MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova saytımıza açıqlamasında Amil Əbilovun sosial şəbəkə hesabında İsfəndiyar Axundov və Şərur MTK ilə bağlı həqiqəti əks etdirməyən məlumat yaydığını deyib:

“Videoda qeyd olunan evin qazi və ya hərbçi ilə heç bir bağlılığı yoxdur. Mənzil sahibi tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozduğuna görə şirkət tərəfindən xəbərdarlıq alıb və buna baxmayaraq, şirkətə 3 ay ərzində heç bir ödəniş edilməyib. Daha sonra həmin şəxs müqaviləyə xitam verilməsi üçün dəvət olunub. Bu zaman bir dəstə hərbçi və qazi birlikdə İsfəndiyar Axundova yaxınlaşıb, mənzilin qaziyə aid olduğunu bildiriblər. O da öz köməkliyini göstərib, şəxsin borcunu silib. Sonradan məlum olub ki, mənzil sahibi nə qazi, nə də hərbçidir və qazi adından istifadə edərək İsfəndiyar Axundova yalan danışıb. Buna baxmayaraq, həmin şəxs cərimə olunmayıb. 20 000 manat borcun yaranması və həmin borcun 5000 manat artırılması həqiqəti əks etdirmir”.

İsmayılovanın sözlərinə görə, həmin şəxs aylıq ödənişləri hazırda da həyata keçirir.

Tarix
2026.06.03 / 14:54
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla