Yuxarı

Hesablama Palatasına yeni səlahiyyətlər verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hesablama Palatasına yeni səlahiyyətlər verilir

Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu, "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək. Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.

Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

Tarix
2026.06.04 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla