Yuxarı

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramvay xətləri dövlət mülkiyyətində olacaq

Azərbaycanda tramvay xətləri dövlət mülkiyyətində olacaq.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Nəqliyyat haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, ölkədə nəqliyyat dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır.

Bütün nəqliyyat mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.

Ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları və onların mühəndis tikililəri və qurğuları, magistral boru kəmərləri, mayaklar, gəmilərin təhlükəsiz hərəkətini nizamlayan və ona zəmanət verən qurğular və naviqasiya nişanları, hava hərəkətinin təşkili sisteminin obyektləri, həmçinin metropoliten dövlət mülkiyyətidir.

Layihədə isə təklif olunur ki, bu siyahıya tramvay xətləri (infrastrukturu) də əlavə edilsin.

Tarix
2026.06.04 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla