Yuxarı

Tağlarda neandertal qalığı tapıldı, Yaponiyada analiz edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağlarda neandertal qalığı tapıldı, Yaponiyada analiz edilir

Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz mərhələsindədir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində deyib.

O bildirib ki, hazırda bu qalığın üzərində tədqiqat işləri aparılır:

“Yaponiyadan analizin cavabını gözləyirik. Nəticələri barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəyik. Bu tapıntı arxeoloji qazıntıların ən mühüm naliyyətlərindən biridir. Bu, insan çənəsi qalığından sonra son yarım əsrdən artıq dövrdə arxeologiya elminə verəcəyi ən böyük töhfə olacaq”.

Qeyd edək ki, Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparılıb. Bu ilki tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır.

Tarix
2026.06.04 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla