Yuxarı

Azərbaycanda ilk: Pay torpaqları birləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ilk: Pay torpaqları birləşdirilir

Azərbaycanda ilk dəfə olaraq 20 min hektar ərazidə torpaq konsolidasiyası həyata keçiriləcək.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadəsinin təmin olunması məqsədilə torpaq konsolidasiyası nəzərdə tutulub.

“Layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır.

Proqramın ilkin mərhələsində bu tədbirlər 20 min hektar ərazini əhatə edəcək”, - deyə nazir müavini əlavə edib.

O son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsində davamlı artım dinamikasının müşahidə olunduğunu deyib.

“Son 10 ildə kənd təsərrüfatında real ifadədə ümumi artım 37,8% təşkil edib. Bu göstərici bitkiçilik sahəsində 48,2%, heyvandarlıq sahəsində isə 29,6% olub. Eyni zamanda, aqrar və qida məhsullarının ixracı da 62,8% artıb”.

Z.Əliyev həmçinin vurğulayıb ki, bu dövrdə kənd təsərrüfatının inkişafı üçün hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, eləcə də infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:

“Soyuducu anbarların tutumu artırılıb, taxıl elevatorları və logistika infrastrukturu inkişaf etdirilib, fermerlərin lizinq xidmətlərinə çıxışı genişləndirilib.

Eyni zamanda, bu müddətdə fermerlərə 96 mindən çox kənd təsərrüfatı texnikası lizinq yolu ilə təqdim olunub”, - deyə nazir müavini qeyd edib.

Tarix
2026.06.04 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla