Yuxarı

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər satışdadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər satışdadır

Yeni mənzil axtaranlara şad xəbər!

“Kristal”ın çox sevilən və tələb görən “Park Yasamal” yaşayış kompleksində yeni mənzillər satışa çıxarılıb. Layihə çərçivəsində həm hazır, həm də tikintisi davam edən binalarda müxtəlif sahə və planlaşdırmaya malik mənzil seçimləri təqdim olunur.

Kompleksdə alıcılar üçün 2, 3 və 4 otaqlı və studiya mənzil variantları mövcuddur. Mənzillərin planlaşdırılması zamanı yaşayış sahələrinin funksional istifadəsinə xüsusi diqqət yetirilib ki, bu da sakinlərə hər kvadratmetrdən daha səmərəli yararlanmağa imkan verir. Tam təmirli formada təhvil verilən bu mənzillər 20 ilədək ipoteka, daxili kredit və faizsiz hissəli alış imkanları ilə alıcılara təklif olunur.

“Park Yasamal” yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı ASAN Xidmət mərkəzinin yaxınlığında yerləşir. Layihənin yerləşdiyi ərazi şəhərin əsas istiqamətlərinə rahat çıxış imkanları ilə seçilir və gələcək inkişaf perspektivləri ilə diqqət çəkir.

Kompleksdə təqdim olunan mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir işlərində Avropa istehsalı olan yüksək keyfiyyətli materiallardan istifadə olunur. Layihənin tikintisində müasir mühəndislik həlləri, yüksək keyfiyyətli beton və qabaqcıl qəlib sistemləri tətbiq edilir. Hazırda layihədə hazır və tikintisi davam edən, 41 kv.m-dən 120 kv.m-dək müxtəlif zövqə və büdcələrə uyğun planlanmış mənzil seçimləri mövcuddur.

Kompleksdə sakinlərin rahatlığını artırmaq məqsədilə səs və istilik izolyasiyası həllərinə geniş yer verilib. Fasad və pəncərə sistemlərində tətbiq olunan izolyasiya texnologiyaları xarici səs-küyün minimuma endirilməsinə kömək edir. Mənzillərarası döşəmə və divar konstruksiyalarında istifadə edilən xüsusi izolyasiya materialları isə həm istilik itkisinin qarşısını alır, həm də əlavə komfort yaradır.

Layihənin üstünlüklərindən biri də geniş abadlaşdırılmış ərazisidir. Kompleks daxilində yaşıllıq zonaları, göl ətrafında istirahət məkanları, futbol meydançası, uşaqlar üçün oyun sahələri və özəl uşaq bağçası nəzərdə tutulub. Ərazidə 24/7 kamera nəzarət sistemi və geniş avtodayanacaq sakinlərin təhlükəsizliyini və rahatlığını təmin edir.

Layihə haqqında ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.

Ətraflı məlumat: *1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi

kristal.az

Tarix
2026.06.04 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla