Yuxarı

300 min şagird monitorinq ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
300 min şagird monitorinq ediləcək

Sabah Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən IV siniflər, 6 iyun tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.

Axar.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək. Ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.

Qeyd edək ki, IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 28 qapalı, 2 açıq yazılı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 23 qapalı, 2 açıq yazılı sual, təbiət fənni üzrə 25 qapalı sual, riyaziyyat fənni üzrə 20 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual təqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Tarix
2026.06.04 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla