Yuxarı

Sİ modellərinin azərbaycanca öyrədilməsi üçün platforma..

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sİ modellərinin azərbaycanca öyrədilməsi üçün platforma..

Azercell Telekom Azərbaycan dili üçün süni intellekt imkanlarının inkişafı istiqamətində mühüm addım atıb. Şirkət Amazon Web Services (AWS) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində böyük dil modellərinin (LLM) təlimi üçün praktik tətbiqə hazır texnoloji platforma yaradıb.

Qabaqcıl bulud texnologiyaları və süni intellekt həllərinin məhdud rəqəmsal resurslara malik dillərə uyğunlaşdırılması baxımından bu layihə AWS-in rəsmi platformasında uğurlu nümunə kimi təqdim olunub. Bu layihə ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan dilini anlayan və onun xüsusiyyətlərini nəzərə alaraq məlumatları düzgün emal edən süni intellekt sistemlərinin yaradılması ölkənin rəqəmsal inkişafı və texnoloji transformasiyası baxımından vacib istiqamətlərdən biridir.

Azərbaycan dili zəngin qrammatik quruluşu və nisbətən məhdud rəqəmsal dil resursları səbəbindən süni intellekt modellərinin öyrədilməsi üçün mürəkkəb dillərdən hesab olunur.

"Azercell" və AWS-in birgə yaratdığı platforma Azərbaycan dilində daha böyük həcmdə mətnlərin emalı üçün zəmin yaradaraq süni intellekt modellərinin təlim prosesinin səmərəliliyini artırır.

Bu əməkdaşlıq modeli qlobal texnologiya bazarında müşahidə olunan tendensiyanı da əks etdirir. Belə ki, hazırda dünyada telekommunikasiya operatorları və hiperskaler qismində çıxış edən dünyanın aparıcı texnologiya şirkətləri bulud xidmətləri, data analitikası və süni intellekt sahələrində innovasiyaların inkişafını sürətləndirmək üçün səylərini birləşdirirlər.

"Azercell" üçün bu əməkdaşlıq ənənəvi telekommunikasiya operatorundan texnologiya yönümlü rəqəmsal şirkətə transformasiyasında növbəti mərhələdir.

Qeyd edək ki, Azərbaycan dili üçün süni intellekt həllərinin lokallaşdırılması “Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın əsas prioritetlərindən biri hesab edilir. Yaradılmış texnoloji platforma "Azercell"in süni intellekt ekosisteminin inkişafı üçün baza rolunu oynayacaq. Platforma gələcəkdə intellektual virtual köməkçilər, çat-botlar və digər rəqəmsal xidmətlərin inkişafını sürətləndirərək müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin fərdiləşdirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, "Azercell"in Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına yönəltdiyi investisiyalar şirkətin rəqəmsal potensialını gücləndirməklə yanaşı, ölkənin milli rəqəmsal ekosisteminin və innovasiya mühitinin inkişafına da töhfə verir.

Tarix
2026.06.05 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Bakıda toplaşacaq? - Rusiyadan açıqlama

5 azərbaycanlının öldüyü hücum anı - Video

Azovda vurulan gəmidən yeni görüntülər - Foto

Prezidentdən Ətraf Mühit Günü ilə bağlı paylaşım

Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama

Vurulan gəmidə azərbaycanlıların həyəcanlı anları - Video

Zeynəb Cavadlı həbs edildi

Bunu yaxşı bilən ölkələrdən biri Azərbaycandır - Şakarişvili

Rusiya MN rəhbəri Azərbaycana gələcək

Rusiya buna görə Əliyevə minnətdardır - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla