Yuxarı

Çimərliklərin fəaliyyətinin təşkili ilə bağlı görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çimərliklərin fəaliyyətinin təşkili ilə bağlı görüş keçirildi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə yay mövsümündə əhalinin istirahətinin təşkili, çimərliklərdə təhlükəsizliyin təmin olunması, xidmət keyfiyyətinin artırılması və sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması məqsədilə geniş tərkibli görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, kommunal və xidmət təşkilatlarının rəhbərləri, eləcə də sahilyanı ərazilərdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə yay mövsümündə şəhərin Xəzərsahili ərazilərində vətəndaşların rahat və təhlükəsiz istirahətinin təmin olunmasının əsas vəzifələrdən biri olduğu vurğulanıb. Bildirilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə müvafiq tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə hazırlıq işləri həyata keçirilib.

Qeyd olunub ki, sahilyanı ərazilərdə abadlıq və təmizlik işləri görülüb, çimərliklərin infrastrukturu yoxlanılıb, ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Eyni zamanda məişət tullantılarının vaxtında daşınması, yaşıllıqlara qulluq göstərilməsi və sahilboyu ərazilərin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Görüş zamanı aidiyyəti qurumların nümayəndələri tərəfindən xilasetmə xidmətlərinin fəaliyyəti, təcili tibbi yardımın təşkili, ictimai asayişin qorunması, iaşə və ticarət obyektlərinin fəaliyyəti, nəqliyyat təminatı və digər məsələlərlə bağlı görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, mövsüm ərzində vətəndaşların rahatlığının təmin olunması üçün aidiyyəti qurumlar tərəfindən mütəmadi monitorinqlər aparılacaq və ortaya çıxan məsələlər operativ qaydada həll ediləcək.

Görüşdə çimərliklərə girişin tamamilə ödənişsiz olduğu bir daha diqqətə çatdırılıb. Vurğulanıb ki, sahibkarlar yalnız göstərdikləri əlavə xidmətlərə görə ödəniş ala bilərlər və çimərlik ərazilərinə giriş üçün hər hansı rüsumun tətbiqinə yol verilməyəcək.

Sahibkarlara xidmət mədəniyyətinin yüksəldilməsi, obyektlərin xarici görünüşünün yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması, təmizlik qaydalarına ciddi əməl olunması və ərazilərin nümunəvi vəziyyətdə saxlanılması ilə bağlı tövsiyələr verilib.

Sonda qeyd olunub ki, yay mövsümü ərzində Sumqayıt şəhərinin çimərliklərində təhlükəsizlik, təmizlik və yüksək xidmət səviyyəsinin təmin olunması istiqamətində işlər davam etdiriləcək, vətəndaşların istirahəti üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılacaq.

Tarix
2026.06.05 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla