Yuxarı

“Harda demişəm ki, 3 milyonu 40 ilə yığmışam?”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Harda demişəm ki, 3 milyonu 40 ilə yığmışam?”

Saytlar məni gündəmdən salmırlar. Çox sağ olsunlar, həmişə gündəmdəyəm. Hətta toya gedirəm, şəklimi çəkib sayta yerləşdirirlər.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteninin sabiq rəisi, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Teleqraf.com-a geniş müsahibəsində deyib. O bildirib ki, 2 il yarımdır Metropolitenin rəisi olmadığına baxmayaraq, hətta toya gedəndə də jurnalistlər fotosunu çəkib yayırlar.

YAP-ın Yasamal rayon təşkilatının sədri hazırda tutduğu vəzifənin daha yüksək olduğunu, bu işi ilə fəxr etdiyini bildirib və bəzi jurnalistlərin onun barəsində yanlış yazmasından gileylənib:

"Tağının dilindən heç vaxt çıxmayıb ki, 40 illik əmək haqqımı yığmışam. Bu cür söz deməmişəm. Bu, mənə uyğun olmayan sözdür, bu gün maaşımı alıram, səhər heç bilmirəm cibimdə 5 manat qalır, ya yox. 40 illik əmək haqqını yığmağım qeyri-mümkündür. Məhkəmə istintaqı gedir, proses başa çatanda kimin haqlı, kimin günahsız olduğunu bütün cəmiyyət biləcək. Harada lazım gəlsə, orada da suallara cavab verəcəyəm".

Xatırladaq ki, sabiq MTN generalı Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon haqq aldığı barədə məlumat yayılmışdı. T.Əhmədovun isə bu qədər məbləği "40 il işləyib yığdığını" dediyi iddia edilirdi.

Tarix
2016.09.23 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla