Yuxarı

Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu

Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.

Axar.az xəbər verir ki, bunu APA-ya Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib.

O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını söyləyib:

“Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin nəzarəti altındadır”.

Yaralı Azərbaycan vətəndaşları da açıqlamalarında vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər.

Onlar Yeyskdəki Azərbaycan diasporu və Azərbaycan Rusiyadakı Səfirliyinin əməkdaşlarının onları ziyarət etdiyini, ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.

Azərbaycan vətəndaşlarının gələn həftənin birinci günü xəstəxanadan buraxılacağı bildirilib.

Qeyd olunub ki, onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib - red.) xəstəxanadan buraxılma prosesi bir müddət uzanacaq.

Vurğulanıb ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunması üzərində işləyir.

Tarix
2026.06.06 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla