Yuxarı

Eynulla Fətullayevin saytını alan Adəm İsmayılov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eynulla Fətullayevin saytını alan Adəm İsmayılov kimdir?

Jurnalist Eynulla Fətullayev son günlər ətrafında yaranan müzakirələrlə bağlı iki ayrı açıqlama yayıb. Açıqlamalardan biri son proseslərə münasibətə həsr olunub, digərində rəhbərlik etdiyi Haqqın.az saytının satışı məsələsinə aydınlıq gətirilib.

Fətullayev bildirib ki, Haqqın.az notariat qaydasında Adəm İsmayılova satılıb. Bu açıqlamadan sonra ictimaiyyət arasında Adəm İsmayılovun kimliyi və onun ölkənin informasiya resurslarından birini hansı məqsədlə aldığı barədə suallar yaranıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Adəm İsmayılov Azərbaycan ictimai-siyasi mühitində yeni sima deyil. O, ötən il sabiq deputat Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyasını da alıb. Həmin dövrdə keçirilən qurultaydan sonra partiyanın sədri seçilən İsmayılovun bu prosesdə ciddi maliyyə resurslarından istifadə etdiyi barədə müxtəlif iddialar səsləndirilib.

İsmayılovun adı daha əvvəl də mediada müxtəlif məsələlər kontekstində hallanıb. Yerli mətbuatda onun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlaqələrinin olduğu barədə məlumatlar dərc edilib. Həmin yazılarda o, Çovdarovun yaxın çevrəsinə aid şəxs kimi təqdim olunub.

Bundan başqa, Adəm İsmayılov və qardaşı Azər İsmayılovun adı Bakıda tikinti layihələri ilə bağlı mübahisəli məsələlərdə də çəkilib. Yerli mediada yayılan məlumatlara görə, onlar Yasamal rayonu ərazisində yaşıllıq sahələrinin məhv edilməsi hesabına Milli Məclis deputatları və əməkdaşları üçün yaşayış binasının tikintisi layihəsində iştirak ediblər. Yaşıllıq ərazinin kütləvi məhv edilməsi ilə bağlı ictimai etirazlardan sonra layihənin dayandırıldığı bildirilirdi.

Adəm İsmayılov bir müddət Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ekspert və idarə rəisi kimi fəaliyyət göstərib. Daha sonra dövlət xidmətindən ayrılaraq ictimai-siyasi fəaliyyətə üstünlük verib.

Hazırda Adəm İsmayılov Vəhdət Partiyasının sədri olmaqla yanaşı, politoloq kimi də fəaliyyət göstərir.

Qeyd edək ki, Eynulla Fətullayevın sözlərinə görə, o, artıq Türkiyəyə köçüb və orada yaşayır.

Tarix
2026.06.09 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla