Yuxarı

Hərbçilərimiz "Qafqaz Qartalı - 2026" təlimində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərimiz "Qafqaz Qartalı - 2026" təlimində... - Foto

Tiflis yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər iştirakçı dövlətlərdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Plana uyğun olaraq, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.

Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq, bu cür təlimlərin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından vacib rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd olunub ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç tərəfdaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyən bu təlim, bölmələrin döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tarix
2026.06.16 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla