Yuxarı

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda vəzifəli şəxs cərimələndi

"Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mərkəzi Nəbatat Bağı barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələblərin pozulması) tələblərinin pozulmasına dair protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Araşdırma zamanı müəyyən edilib ki, ötən il Mərkəzi Nəbatat Bağında iki nəfər - V.B. və Ə.Ə. xəsarət alıb. Hadisədən sonra aparılan yoxlamalar nəticəsində onların istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi üzə çıxıb. Məhkəmənin qərarı ilə Əli Cəfərov İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

Tarix
2026.06.16 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla