Yuxarı

Xətai İH-də tibb işçiləri üçün dəyirmi masa keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH-də tibb işçiləri üçün dəyirmi masa keçirildi

Bu gün Xətai rayon İcra Hakimiyyətinin inzibati binasında Xətai rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə "17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctima-siyasi və Humanitar məsələlər sektorunun müdiri Pənah İmanov çıxış edərək ölkəmizdə səhiyyə sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir və vətəndaşların sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin əsasını qoyduğu səhiyyə siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin bütün bölgələrində müasir tibb müəssisələri yaradılır, mövcud səhiyyə ocaqları yenidən qurularaq ən müasir avadanlıqlarla təchiz edilir.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev səhiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlərin artırılması tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradır.

Çıxışlarda COVİD-19 pandemiyası dövründə Azərbaycan səhiyyəsinin uğurlu fəaliyyəti, həmçinin Vətən müharibəsi zamanı tibb işçilərinin göstərdikləri fədakarlıq xüsusi vurğulanıb.

Sonda rayon ərazisində fəaliyyət göstərən bir qrup səhiyyə işçisinə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir iştirakçıları tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tarix
2026.06.17 / 23:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyev etmişdi: müxalifətə cavab verəcəm - Erməni bloger

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla