Yuxarı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Təhlillər göstərir ki, böyük şəhərlər arasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə Sumqayıt abituriyentləri üstün mövqedədir.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində bildirilib.

Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Müqayisə üçün qeyd edək ki, respublika üzrə qəbul göstəricisi oğlanlar arasında 37,03 faiz, qızlar arasında isə 41,91 faiz təşkil edib.

Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinin müqayisəsi də Sumqayıtın üstünlüyünü ortaya qoyur. Şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilən plan yerlərinə qəbul olub ki, bu da respublikanın digər böyük şəhərlərinin müvafiq göstəricilərindən yüksəkdir.

Tarix
2026.06.20 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla