Yuxarı

Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi

Azərbaycandan Ermənistana yanacaq ixracı davam edir.

Axar.az xəbər verir ki, bu gün Ermənistana 17 vaqon (1000 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Belə ki, bu gün 18 vaqondan ibarət, ümumi çəkisi 1260 ton olan buğda "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub, habelə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Belə ki, martın 5-də 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Bundan başqa, aprelin 11-də Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı göndərilib.

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.

Tarix
2026.06.21 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla