Yuxarı

Bakı Dəniz Vağzalında tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Dəniz Vağzalında tədbir keçirildi

25 iyun – Beynəlxalq Dənizçi Günü və Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə Bakı Dəniz Vağzalında tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC (ADY), Bakı Beynəlxalq Dəniz Limanı və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) rəsmi şəxsləri çıxış edib. Çıxışlarda liman əməkdaşlarının, dənizçilərin və dəmiryolçuların birgə peşəkar fəaliyyətinin Azərbaycanın nəqliyyat-logistika sisteminin inkişafındakı rolu vurğulanıb.

Tədbir çərçivəsində həmçinin dənizçilərin peşə bayramına həsr edilmiş “Dənizdən limana…” sərgisinin açılışı baş tutub. Müxtəlif foto kompozisiyalarla dənizin gücü, bu gücü ram edən dənizçilərin fədakar əməyi və bu əməyin sahildə davamı nümayiş etdirilir. Fotoların dili ilə dənizdə başlayan hər səfərin limanda yeni mərhələyə qədəm qoyduğu ifadə olunur. Yüklərin təhlükəsiz və fasiləsiz hərəkəti dənizçilərin peşəkarlığı, liman əməkdaşlarının zəhməti və dəmir yolu infrastrukturunun vəhdəti sayəsində mümkün olur. Bu baxımdan Bakı Limanı dənizlə quru arasında etibarlı körpü rolunu oynayır.

Sərgidə Azərbaycan rəssamlarının dəniz mövzusuna həsr olunmuş əsərləri ilə yanaşı, dənizçilərin, liman əməkdaşlarının, həmçinin liman əməliyyatlarının ayrılmaz hissəsi olan dəmiryolçuların fəaliyyətini əks etdirən fotoşəkillər də yer alır.

ADY-nin təşkilatçılığı ilə keçirilən sərgi dəniz nəqliyyatı, liman infrastrukturu və dəmir yolu logistikasının vahid bir sistemi təşkil etdiyini nümayiş etdirir, ölkəmizin nəqliyyat tarixini və bu sahədə çalışan insanların əməyini daha yaxından tanıdır.

Sərgi bir ay ərzində ziyarətçiləri üçün açıq olacaq.

Təntənəli təqdimat və çıxışlarla başlayan, sərginin açılışı ilə davam edən tədbirin sonunda peşə fəaliyyətində fərqlənən liman əməkdaşları təltif olunub, onlara "Fəxri fərman"lar təqdim edilib.

Tarix
2026.06.25 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla