Yuxarı

“City Garden Narimanov”da yeni mərhələ satışda – Faizsiz kredit...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“City Garden Narimanov”da yeni mərhələ satışda – Faizsiz kredit...

"Kristal"ın Bakının ən genişmiqyaslı premium yaşayış layihələrindən biri olan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verilib. Alıcılar ilk mərhələsi uğurla tamamlanaraq istifadəyə verilən meqa yaşayış kompleksinin davamı olan yeni mərhələdə mənzil sahibi olmaq imkanı əldə edirlər.

Yeni mərhələdə 2 otaq studiyadan 4 otaqlıya qədər geniş sahə seçimləri üzrə mənzillər faizsiz kredit və ipoteka imkanları ilə təklif olunur.

Şəhərin coğrafi mərkəzində, "Nəriman Nərimanov" metro stansiyasına bir neçə dəqiqəlik məsafədə yerləşən "City Garden Narimanov" 17,3 hektarlıq ərazidə inşa olunur. Layihə müasir şəhər həyatını geniş yaşıllıq sahələri, premium yaşayış standartları və zəngin infrastrukturla bir araya gətirərək Bakının ən iddialı yaşayış komplekslərindən biri kimi inkişaf etdirilir.

"City Garden Narimanov"a Şəki dairəsi istiqamətindən yeni yolun çəkilişi artıq əhəmiyyətli dərəcədə irəliləyib. Bu, layihəyə gediş-gəlişi daha rahat etməklə yanaşı, ərazinin gələcək dəyərinə də müsbət təsir göstərəcək.

İlk mərhələsi artıq uğurla tamamlanaraq sakinlərin istifadəsinə verilən "City Garden Narimanov" layihəsinin yeni mərhələsi premium yaşayış konsepsiyası, sərfəli maliyyələşdirmə imkanları və gələcək inkişaf perspektivləri ilə mənzil sahibi olmaq və uzunmüddətli investisiya etmək istəyənlər üçün cəlbedici seçimdir.

Yeni mərhələdə təqdim olunan mənzillər üzrə alıcılara çevik maliyyələşdirmə imkanları da təklif edilir. Seçilmiş mənzillər üçün 36 aya qədər faizsiz daxili kredit, bütün mənzillər üçün isə 20 ilədək ipoteka imkanından yararlanmaq mümkündür. Bununla yanaşı, layihənin innovativ üstünlüklərindən biri olan “Evini hissə-hissə al” modeli də tətbiq edilir.

“City Garden Narimanov”da bütün mənzillər premium təmirli şəkildə təhvil verilir. Təmir işlərində Almaniyanın HARO parketləri və GROHE hamam aksesuarları, İtaliyanın GEWISS elektrik açarları, Prysmian yanmayan kabel infrastrukturu və Zambaiti Parati divar kağızlarından istifadə olunur. Bu yanaşma estetik görünüşlə yanaşı, uzunömürlü və keyfiyyətli yaşayış mühiti yaradır. Həmçinin, layihədə beton pərdə sistemi, tava tipli bütöv təməl və müasir mühəndislik həlləri tətbiq edilir. Bu yanaşma binaların dayanıqlığını və təhlükəsizliyini artırır.

17,3 hektarlıq ərazidə inşa olunan layihədə geniş yaşıllıq sahələri, yürüş və velosiped zolaqları, idman meydançaları, açıq hava istirahət zonaları, yeraltı parkinq və 24/7 təhlükəsizlik sistemi yaradılıb. Kompleksdə fəaliyyət göstərəcək mall, fitnes mərkəzi, biznes mərkəzi və uşaq bağçası sakinlərin gündəlik ehtiyaclarını rahat şəkildə qarşılayacaq.

Layihə və mövcud satış şərtləri barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsən.

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

kristal.az

Tarix
2026.06.26 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla